Azərbaycanda növbəti təhlükəli təbiət hadisəsi baş verib

0
47

Şamaxı rayonunun Quşçu kəndində palçıq vulkanı püskürüb.
Yeniavaz.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, vulkan gecə saat 2.00-da püskürüb.

Vulkanın səsi yaxınlıqda yaşayan insanları narahat edib, insanlar təşvişə düşüblər.

Məlumata görə, vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq, təxminən, 15-20 metr hündürlüyə qalxıb və iki hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.

Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.

Qeyd edək ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Şamaxıda zəlzələdən sonra vulkanların aktivləşə biləcəyini bildirmişdi.

O qeyd etmişdi ki, zəlzələ Qobustanda “Şıxzərli”, Şamaxıda “Quşçu”, “Dəmirçi”, “Qızmeydan” vulkanlarında aktivləşmə yarada bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here