Putin Makronla danışdı

0
92

Rusiya və Fransa prezidentləri – Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı oldu. Danışıq zamanı Suriya və Ukraynadaki vəziyyət müzakirə olundu.
“Respublika prezidenti Emmanuel Macron Rusiyalı həmkarı ilə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etdi. Rusiya prezidenti Vladimir Putin, İran ilə Türkiyə arasındakı mövcud danışıqlardan da söz etdi”
” – deyə Fransa Prezident Administrasiyası bildirdi.
Öz növbəsində, Makron Fransanın Suriyadaki prioritetləri barədə danışdı.
Bunların arasında İŞİD ilə mübarizəni davam etdirmək, mülki şəxslərin müdafiəsi, vətəndaşlara tam və maneəsiz humanitar yardımın göstərilməsi, qaçqınların ölkələrinə qayıtmalarını təmin etmək kimi məsələlər dayanır.