Rusiya Britaniya sanksiyalarına münasibət bildirdi

0
35

Rusiya qarşı yönəldilmiş sanksiyalara çağırış edən Böyük Britaniya, Brexit ərəfəsində,Avropa Birliyi-Rusiya münasibətlərinin gələcəkdə normallaşdırılmasını çətinləşdirməyə çalışır.
Bunu Rusiyanın Londondaki səfirliyinin mətbuat katibi bildirib.
“Avropa Birliyindən ayrılma ərəfəsində olan Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları əsassız olaraq ortaya qoymaqla Brexitdən sonra Rusiya-AB münasibətlərinin normallaşdırılmasını çətinləşdirmək üçün digər Avropa dövlətlərini də planlarına daxil etmək üzərində çalışır”,- deyə, səfirliyin nümayəndəsi qeyd edib.
Məlum olduğu kimi,Böyük Britaniya Kerç boğazı insidenti ilə bağlı, Avropadaki müttəfiqləri ilə yeni anti-Rusiya sanksiyaları hazırlayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here