Dağıstanda 70 uşaq xəstəxanaya yerləşdirildi

0
29

Dağıstanın Xasavyurt şəhərində 72-si uşaq olmaqla 90 nəfərə yaxın adam kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdirildi.
Bu barədə Respublika Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirildi.
Nazirlikdən verilən məlumata əsasən, xəstəxanaya 86 nəfər yerləşdirildi, onlardan 72-si uşaqdır. Xəstələrin vəziyyəti yüngül olduğu bildirilir.
Dağıstanın Səhiyyə Naziri Cəmaluddin Hacıibrahimov vəziyyəti nəzarət altına götürdü.
Qeyd edək ki, epidemioloji istintaq məqsədi ilə ekspertlər hadisə yerinə cəlb olundu. Onlar anti-epidemioloji tədbirlər kompleksi təşkil edərək, xəstələrdən klinik material və su nümunəsi götürdü.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here