Yuri Boyko Poroşenkonun tənqidinə cavab verdi

0
75

Ukraynanın prezidentliyə namizədi Yuri Boyko, Moskvada baş tutan görüşdə Ukraynanın və vətəndaşlarının maraqlarını müdafiə etdiyini bildirdi. Boyko heç bir qanun pozuntusuna yol vermədiyini dilə gətirdi.
Yuri Boyko açıqlamasında “Biz qanunu pozmamışıq. Biz Ukraynanın və vətəndaşlarının maraqlarını müdafiə etmişik. Biz hər hansısa cinayətdə təqsirləndirilməkdən qorxmuruq” dedi.
Siyasətçi bu görüşün vacibliyini vurğulayaraq: son beş il ərzində yığılmış iqtisadi məsələləri, xüsusən də qaz məsələsini müzakirə etdiklərini dilə gətirdi.
Qeyd edək ki, martın 22-si Rusiya baş naziri Dmitri Medvedev, ukraynalı siyasətçilər Yuri Boyko, Viktor Medvedçuk və Gazprom rəhbəri Aleksey Miller ilə görüşdü.
Öz növbəsində Ukrayna prezidenti Petro Poroşenko rəqiblərinin Moskvaya səfərini kəskin tənqid etdi.