Rusiya Qərbi Venesuella ilə dialoqda ultimatumlardan imtina etməyə çağırdı

0
51

Rusiya Xarici İşlər Nazirliyi, Qərb tərəfdaşlarını Venesuelada böhranı aradan qaldırmaq üçün “ultimatumla hərəkət etməyi deyil, dialoq təşviq etməsinə” çağırdı.
Bu barədə Xarici işlər nazirinin müavini Sergey Verşınin Berlində jurnaistlərə açıqlama zamanı məlumat verdi.
“Venesueladaki böhranı müxalifət və hökumət arasında dialoq yolu ilə həllinin tərəfdarıyıq. Bu sadə, lakin çox ciddi formuldur. Biz Nikolas Maduronun bu dialoqa hazır olduğundan məmnuniyyət duyuruq” – Verşinin qeyd etdi.
Nazir müavininin sözlərinə görə, ABŞ-ın Venesueladakı vəziyyətə müdaxiləsi “suveren bir ölkənin daxili işlərinə müdaxilənin utanmaz bir cəhdidir”