Rusiya, Türkiyəyə hərbi məhsul ixrac etməyə davam edəcək

0
57

 

S-400 raket sistemlərindən əlavə, Rusiya Federasiyasından Türkiyəyə hərbi məhsulların tədarükü üçün digər layihələr də nəzərdə tutulub.
Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən yüksək səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının toplantısında bildirdi.
“Hərbi-texniki sahədə ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi prioritet məsələdir. Hər şeydən əvvəl, biz S-400 Triumf raket əleyhinə sistemlərin tədarükü üçün müqavilənin başa çatdırılması barədə danışıqlar aparırıq.Türkiyəyə müasir rus hərbi məhsullarının tədarükü ilə əlaqədar gündəmdə digər perspektivli layihələrimiz də var.” – Rusiya prezidenti qeyd etdi.