Putin ABŞ prezidenti ilə işləməyə hazır olduğunu bildirdi

0
69

Rusiya, Amerika xalqı tərəfindən seçilmiş hər hansı bir prezidentlə əməkdaşlıq etməyə hazırdır. Bunu Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Arktik forumunda çıxışı zamanı bildirdi.
“Biz Amerika xalqının seçiminə hörmətlə yanaşırıq, prezidentin kim olacağından asılı olmayaraq, biz onunla işləməyə hazırıq” – Rusiya prezidenti qeyd etdi.
Putin əlavə etdi ki, terrorizm, ekologiya, silahlanma problemi və bir çox digər məsələlər üzrə ikitərəfli kontekstdə əməkdaşlığın perspektivləri açıqdır, lakin bir çox qərar daxili siyasi təzyiqlər olmadan qəbul edilə bilər.
Qeyd edək ki, Beynəlxalq Arktik Forum 9-10 aprel tarixlərində Sankt-Peterburq şəhərində keçirilir.