Rusiya Dövlət Dumasında ölkənin AŞPA-ya qayıtması üçün şərtlər açıqlandı

0
53

Rusiya AŞPA- nın çağırışını eşitməyə hazırdır, lakin Moskva yalnız bərabər dialoq əsasında qayıdacaq. Nümayəndə heyətinin hüquqları heç bir şəkildə sıxışdırılıb, pozulmamalıdır.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Aleksey Çepa bildirdi.
“Biz çağırışları eşitməyə və dialoqa hazırıq, lakin bizi də eşitmələrin istəyirik.
Biz yalnız beynəlxalq hüquq normalarına cavab verən şəraitdə gələcəyik” Çepa qeyd etdi.
Aleksey Çepanın sözlərinə görə nə Rusiya nə də digər ölkələrə qarşı diskriminasiya olmamalıdır.