Pompeo Rusiyaya səfər edəcək

0
88

ABŞ Dövlət katibi Mayk Pompeonun Rusiyaya səfəri, Amerikanın təşəbbüsü ilə həyata keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verdi.
Mayın 13-14-ü Rusiyanın xarici işlər naziri Mayk Pompeo Rusiyaya işgüzar səfər edəcək. O, Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşə bilər.
“Xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəliyin müzakirəsi davam etdiriləcək . Səfər Amerikanın təşəbbüsü ilə təşkil olunub, Rusiya və ABŞ arasında bir sıra yüksək səviyyəli əlaqələri davam etdirəcək” – məlumatda deyilir.