Şri-Lanka Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

0
73

Şri-Lanka Rusiya ilə hərbi əməkdaşlığı gücləndirmək, o cümlədən bu sahədə mütəxəssislərin hazırlamaq niyyətindədir.
Bunu Şri-Lankanın Moskvadaki səfiri Dayan Calatilleka jurnalistlərə müsahibəsində bildirdi.
“Rusiya və Şri Lanka arasında hərbi əməkdaşlıq və hərbi mütəxəssislərin qarşılıqlı təliminə dair razılaşma mövcuddur və əlbəttə ki, bu əməkdaşlığı davam etdirmək niyyətindəyik” – Şri-Lakalı səfir qeyd etdi.
Onun sözlərinə görə, aprel ayında Rusiyanın Müdafiə Nazirliyinin nümayəndələri ilə Beynəlxalq Təhlükəsizliyin Moskva Konfransı çərçivəsində keçirilən görüşdə Şri-Lanka nümayəndə heyəti ölkədəki terror hücumları nəticəsində bu müqavilələrin həyata keçirilməsinin yavaşladığını bildirib.
Calatilleka, Rusiyanın hərbi nümayəndələri ilə görüşün yaxşı keçdiyini diqqətə çatdırdı.