Rusiyanın ən yaşlı sakini dünyasını dəyişdi

0
4

Rusiyanın ən yaşlı sakini, İnquşetiyalı Appaz Aliyev 123 yaşında dünyasını dəyişdi.
Bu barədə bölgə rəhbəri Yunus-bek Yevkurov məlumat verdi.
“Appaz Loroşeviç dövrü yaşaya bildi, 8 uşağı, 35 nəvə və 20 nəticəsini böyüdüb. Mən həmiş fərdi görüşlərdə, onun həyat sevən bir qoca olduğuna əmin olurdu” – Yevkurov öz İnstagram səhifəsində qeyd etdi.
Region başçısının mətbuat xidmətindən verilən məlumata görə, uzun müddət qaraciyər xəstəliyindən əziyət çəkən Aliyev, İnquşetiya Respublika Klinik Xəstəxanasına ağır vəziyyətdə yerləşdirildi, O koma vəziyyətində idi. Yevkurov cümə günü onu ziyarət edib, həkimlərlə və Alievin qohumları ilə söhbət etdi.
Qeyd edək ki, Appaz Aliyev, 1896-cı il martın 1-də İnquşetiyanın dağlıq Ceyirax rayonunda, Guli kəndində anadan olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here