Lavrov: ABŞ-ın Maduroya qarşı təhdidlərinin demokratiya ilə heç bir əlaqəsi yoxdur

0
30

ABŞ-ın və Venesuela müxalifət lideri Xuan Quaidonun prezident Nikolas Maduroya qarşı təhdidləri, demokratiya ilə heç bir əlaqəsi yoxdur.
Bunu Sergey Lavrov ABŞ dövlət katibi ilə görüş sonrası bildirdi.
“Demokratiya güclə tətbiq olunmur. Maduro hökumətinə edilən təziqlər, ABŞ rəhbərliyinin rəsmi nümayəndələrinin ağızlarından çıxan təhdidlər və xarici qüvvələrin ölkəyə dəvət etmək hüququ haqqında danışan cənab Quaidonun bəyanatları ilə, demokratiyanın heç bir əlaqəsi yoxdur.” – Rusiya  Xarici işlər Naziri Sergey Lavrov, Pompeo ilə görüşdən sonra təşkil olunmuş mətbuat konfransında bildirdi.
Qeyd edək ki, Yanvarın 23-ü Venesuela Parlamentinin spikeri Xuan Qaido özünü müvəqqəti hökumətin başçısı elan edib. ABŞ və bir sıra ölkələr Guayido-nun hakimiyyətini tanıyır.
Rusiya, Çin və bir sıra digər ölkələr Venesuelanın qanuni prezidenti Nicolas Maduroyu dəstəkləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here