Lavrov, Pompey ilə INF məsələsini müzakirə etdi

0
6

Rusiya silah nəzarətinin bütün aspektlərində ABŞ ilə dialoqun bərpası ilə maraqlanır. Bunu Rusiya xarici işlər naziri sergey Lavrov bildirərək qeyd etdi ki, Mayk Pompeo ilə görüşü zamanı Orta və Yaxın mənzilli raketlərin ləğvinə dair müqaviləni, həmçinin, Strateji hücum silahlarının müqaviləsinə dair perspektivləri məsələsi müzakirə olundu.
“Əlbəttə ki , strateji sabitlik məsələsinə xüsusi diqqət yetirdik. Biz orta və yaxın mənzilli raketlərinə dair müqavilə ətrafında inkişaf edən vəziyyəti nəzərdən keçirdik. 2021-ci ilin fevralında başa çatan strateji hücum silahları müqaviləsinin perspektivləri barədə danışdıq. Biz silahların idarə edilməsinin bütün aspektləri üzrə konkret və peşəkar dialoqun davam etdirilməsində maraqlıyıq.” – Rusiya Xarici işlər Naziri Sergey Lavrov, Pompeo ilə görüşdən sonra təşkil olunmuş mətbuat konfransında bildirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here