Putin hərbi idarə orqanlarını kosmik sistemlərlə təchiz etməyə çağırdı

0
143

Hərbi idarə orqanları lazımi məlumatları əldə edilməsini təmin edən kosmik sistem və komplekslərlə tam təchiz edilməlidir. Bu silahlı mübarizənin təbiətinə təsir edir. Bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin Soçidə keçirilən hərbi müşavirə zamanı bildirdi.
“Kosmik sistemlərdən və komplekslərdən gələn məlumatlar bu gün silahlı mübarizənin təbiətinə birbaşa təsir edir. Biz bunu yaxşı bilirik, anlayırıq və Suriyadakı terrorçu dəstələrə qarşı mübarizədə bunun şahidi olduq” – Rusiya prezidenti vurğuladı.