Moskvanın dörd vağzalında partlayıcı qurğuların olduğu iddia edilir

0
74

Moskvanın dörd dəmiryolu vağzalında partlayıcı qurğuların olması ilə bağlı anonim məlumat daxil oldu.
Hadisə nəticəsində min nəfərdən çox sərnişin təxliyyə edildi.
Bu barədə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verdi.
“Yaroslav, Kiyev və Leninqrad dəmiryol vağzallarında partlayıcı qurğuların olması ilə bağlı məlumat daxil oldu” – fövqaladə hallar xidmətinin nümayəndəsi bildirdi.
Onun sözlərinə görə Yaroslav vağzalından 900 sərnişin təxliyyə edildi.
“Həmçinin Kursk dəmiryolu vağzalında da partlayıcı qurğu yerləşdirildiyi barədə məlumat daxil olub” – nümayəndə qeyd etdi.
Adı çəkilən ərazidə isə hələ təxliyyə işlərinin aparılmadığı bildirilib.