Dağıstanın müftiyyət binasında partlayıcı həyəcanı

0
65

 

Dağıstanın paytaxtı Mahaçqalada yerləşən müftiyyət binasında partlayıcı qurğunun olması barədə anonim məlumat daxil oldu.
Məlumat daxil olandan dərhal sonra binadan bütün insanlar təxliyyə edildi.
Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Dağıstan Respublikası müftiliyyət binasında partlayıcı qurğunun olmasına dair anonim məlumat daxil oldu. Polis qruplarına həyəcan verildi, bütün fövqəladə xidmət əməkdaşları təcili olaraq əraziyə cəlb edildi. Müftilik binasından və yaxınlıqda olan insanlar evakuasiya edildi” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Nazirlik əlavə edib ki, aparılan yoxlanış zamanı heç bir şübhəli əşya tapılmayıb.
“Partlayıcı qurğunun olması barədə məlumat öz təsdiqini tapmayıb. Hazırda yanlış informasiya ötürülməsində iştirak şəxs və ya şəxslərin müəyyənləşdirilməsinə dair tədbirlər görülür” – Daxili İşlər Nazirliyi qeyd etdi.