Zelenski ABŞ-dan anti-Rusiya sanksiyalarını sərtləşdirməyi istədi

0
83

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ı anti-Rusiya sanksiyalarını sərtləşdirməyə çağırdı.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
“Donbasda və Krımda Rusiya təcavüzünü özümüz tək başına həll edə bilməyəcəyik. Buna görə sizin köməyiniz lazımdır. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin davam etdirməyinizi istəyirəm” – Zelenski bildirdi.
Zelenski qeyd edib ki, Vaşinqton “Rusiyanın təcavüzünü aradan qaldırmasında” Kiyevin əsas müttəfiqidir.
Qeyd edək ki, Ukraynanın yeni prezidenti inauqurasiya mərasimindən sonra Ağ Evin rəsmiləri ilə görüşüb.