ABŞ Dövlət Departamenti Rusiya ilə İdlib mövzusunda irəliləyişi qeyd etdi

0
103

 

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Mayk Pompeo arasında Soçidə keçirilən görüşdən sonra İdlib məsələsində irəliləyiş müşahidə olunur.
Bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri məlumat verdi.
“Hesab edirik ki İdlib mövzusunda irəliləyişə nail olmuşuq” – Ceyms Cefri ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxışı zamanı bildirdi.
Qeyd edək ki, bir müddət öncə Almaniya Baş naziri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron, Putin ilə telefon görüşməsi zamanı, Rusiyanı İdlibdə atəşkəsi təşviq etməyə çağırıb.