Şoyqu Suriya əməliyyatında iştirak edən rusiyalı jurnalistləri mükafatlandırdı

0
90

Rusiya mətbuatının səkkiz jurnalisti “Suriyadakı hərbi əməliyyat iştirakçısı” medalı ilə mükafatlandırıldı. Müdafiə naziri Sergey Şoyqu mükafatları Media-AS-2019 Rusiya mətbuat festivalı mərasimində təqdim etdi.
“Sizin peşəkarlığınız vətəndaşlarımızın Rusiya ordusuna dəstəyini artırır. Bu salondakı Suriya Ərəb Respublikasında hərbiçilərimizin etdiyi hərəkətlərə laqeyd yanaşmayanlae əyləşib” – Şoyqu mükafatlandırma zamanı bildirdi.
Mükafatlar “Birinci kanal”, “Rossiya”, “NTV”, “İzvestiya”, həmçinin TASS agentliyi və RİA Novosti nümayəndələrinə verilib.
Qeyd edək ki, “Media AS-2019” Milli Mətbuat Festivalı Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ardıcıl keçirildiyi 5-ci ildir.