“Eurovision” təşkilatçıları final səsverməsinin nəticələrini yenidən yoxladı

0
105

“Eurovision 2019”- un təşkilatçıları yarış iştirakçılarının xallarını yenidən hesablayıb.
Avropa Yayım Birliyinin ərizəsində bildirilir ki, səsvermə nəticələrinin yoxlanışı zamanı bəzi nöqsanlara yol verilib.
“İnsan səhvindən dolayı, qeyri-dəqiq nəticə əldə edilib. Sənətçilərə və və təşkilat üzvlərinə hörmət əlaməti olaraq, yekun nəticələri qaydalara uyğun olaraq tənzimləmək istəyirik” – ərizədə bildirilir.
Yekun nəticələrə əsasən, bəzi ölkələrin sıralamasında dəyişikliyi baş verib. Belə ki,beşinci və altıncı yeri tutan Norveç və İsveç yerlərini dəyişib, Şimali Makedoniya Azərbaycanı, Belarus isə Almaniyanı qabaqlayıb.
Qeyd edək ki, bu ilki yarışmanın qalibi Hollandiyalı müğənni Dunkan Lourens oldu. İkinci və üçüncü yerlərdə müvafiq olaraq İtaliyanı təmsil edən Mahmood, və rusiyalı müğənni Sergey Lazarev qərarlaşıb.
Azərbaycanı isə “truth” mahnısı ilə Çingiz Mustafayev təmsil edib, yekun nəticələrdən sonra O, 8-ci yerdə qərarlaşıb.