Namibiya Rusiyadan kömək istədi

0
17

Namibiya höküməti Rusiya Federasiyasından kömək istədi.
Buna səbəb ölkə ərazisində 1945-ci ildən bəri müşahidə olunan ən kəskin quraqlıqdır.
Bu barədə Rusiya Federasiyasının Uzaq Şərqdə fəaliyyət göstərən xüsusi nümayəndəsi Yuri Trutnevın mətbuat xidməti məlumat verdi.
“Namibiya höküməti Rusiyadan humanitar yardım istədi. Belə ki, bu il ölkə ərazində 1945-ci ildən sonra güclü quraqlıqla üzləşib” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Mayın 23-ü Vindhuqda Rusiya-Namibiya ticarət-iqtisadi əməkdaşlıqı üzrə Hökumətlərarası Komissiyasının səkkizinci iclası keçirildi.
Rusiya tərəfini Yuri Trutnev təmsil edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here