Pompeonun Rusiya səfəri, Moskvanın Tehranla olan əlaqələrinə heç bir təsir göstərmədi

0
93

 

ABŞ dövlət katibi Mayk Pompeonun Rusiyaya səfərindən sonra Moskvanın İrana olan mövqeyi dəyişməyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova məlumat verdi.
“Nə danışırsınız? İranla münasibətlərimiz fərqli səviyyələrdə, ən yüksək səviyyədə, diplomatik nümayəndəliklər səviyyəsində, xarici işlər orqanlarının rəhbərləikləri səviyyəsində inkişaf edir. Qeyd etdiyim kimi, iki ölkə aras aktiv dialoq var. Əlbəttə ki, bizim İranla olan münasibətlərimiz, digər ölkələrlə əlaqələrimizdən asılı deyil” – Zaxarova brifinq zamanı qeyd etdi.