Rogozin, ilk rusiyalının aya nə vaxt eniş edəcəyini açıqladı

0
67

2030-cu ildə Aya ilk rusiyalı ekipajın göndərilməsi planlaşdırılır.
Bu barədə “Rosskosmos”-un rəhbəri Dmitri Roqozinin Moskva Dövlət Universitetində nümayiş etdirilən təqdimatında deyilir.
Qeyd edilir ki, 2029-cu ildə Ay ətrafında uçuş aparmaq planlaşdırılır.
2030-cu ildən sonra isə Ayda astronavtların işləri üçün modul yerləşdiriləcək.
Qeyd edək ki, Fevral ayında, “Rosskosmos” aparıcı elmi institutu, Rusiyalı ekipajın Aya ilk ekspedisiyasını 2031-ci ilə planlaşdırıldığı haqda sənəd yayımlayıb.