Kadırov yayılan şayiələrə aydınlıq gətirdi

0
76

Çeçenistanın prezidenti Ramzan Kadırov, Şimali Qafqaz Federal əyalətində prezidenti xüsusi nümayəndəsi və Rusiya Baş nazirinin müavini postuna təyin olunması haqqında şaiyələrə aydınlıq gətirdi.
Belə ki, Kadırov yayılan bütün məlumatları təkzib etdi.
“Məni, necə deyərlər, növbəti dəfə evləndirirlər. Amma mənsiz! Sən demə vəzifədə yüksəlirəm. Eyni zamanda iki vəzifəyə: Baş nazirin müavini və Prezidentin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi. Amma mənə yüksək vəzifələrlə evləndirənlər yanılırlar” – Kadırov öz Telegram səhifəsində qeyd etdi.
“Mən Allahın və öz xalqımın quluyam. Mənim üçün bu vəzifələrdən uca vəzifə yoxdur” – Kadırov əlavə etdi.