Moskvadan Bakiya olan təyyarə biletləri bahalaşdı

0
89

 

Moskvadan Bakiya uçan təyyarə biletlərinin qiymətində kəskin artım müşahidə olunur. Bu barədə Moskvada yaşayan azərbaycanlı jurnalist Şəhriyar İmanbəyli  öz sosyal media səhifələrində məlumat paylaşdı. “Kupibilet” saytına istinadən qiymət paylaşımı edən Şəhriyar İmanbəyli mövcud vəziyyətdən şikayətləndi. Onun sözlərinə görə, başqa vaxt 250 manata satılan biletlərin qiyməti, Ramazan bayramı öncəsi, 1000 manata qədər qalxıb. Jurnalist şəxsi sosyal media səhifələrində “Hansı səbəblərə görə Moskvadan Bakıya uçan təyyarə reyslərinin qiyməti bu qədər bahalanıb? Nəyə görə bu ölkənin insanlarına hər bayram öncesi belə maddi ziyan vurulur. Axı AZAL rəhbərliyi nə fikirləşir? Başqa vaxt 200-250 manata arasında dəyişən tək nəfərlik “Econom Class” bilet qiyməti indi 700-1000 manat arasında dəyişir. Belə çıxır bayramı doğmalarının yanında keçirmək istəyən 1 nəfər, orta hesabla 1500-2000 manat pulu, sadəcə bilete xərcləməlidir. Sanki Rusiyada yaşayan azərbaycanlılar pulu şam ağacının altından toplayır. Belədə biyabırçılıq olar. İndi necə edək biz. Atla, dəvəylə gələk Bakıya? Vallah ayıbdır!” ifadələrini yazdı.
Qeyd edək ki, artıq bir neçə dəfədir ki, xaricdə yaşayan soydaşlarımız bayram və tətil ərəfələrində biletlərin kəskin bahalaşmasından şikayətlənir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here