Boqdanov Misir səfiri ilə görüşdü

0
45

 

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Misirin Rusiyadakı səfiri İhab Nasr arasında görüş baş tutdu. Danışıq zamanı payızda keçiriləcək Rusiya-Afrika zirvə toplantısının hazırlıqları və Yaxın Şərqdəki vəziyyət müzakirə edildi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Söhbət zamanı Yaxın Şərq və Şimali Afrikada vəziyyətin inkişafı, Suriya, Liviya, Sudan və Yaxın Şərqdəki problemlərin həlli məsələlərinə diqqət yetirərək fikir mübadiləsi aparıldı. Rusiya-Misir əməkdaşlığının daha da möhkəmləndirilməsi məsələləri, o cümlədən oktyabrın 24-də Soçidə keçiriləcək Rusiya-Afrika sammitinin hazırlanmasına dair səylərin əlaqələndirilməsi də müzakirə olundu” – məlumatda deyilir.