Rusiyada dəhşətli partlayış baş verdi: 38 nəfər yaralandı

0
6856

Rusiyanın Dzerjinsk şəhərində trotil istehsal edən “Kristal” sexində bir neçə dəhşətli partlayış baş verdi.
Hadisə nəticəsində 38 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.
Bu barədə Nijqorod əyalətinin qubernator müavini Dmitri Krasnov məlumat verdi.
“İlkin məlumatlara görə, partlayış nəticəsində 38 nəfər qəlpə yarası alıb.
İki nəfərə isə itkin düşüb” – Krasnov, “Rossiya 24” telekanalına açıqlaması zamanı bildirib.
Qubernator müavininin sözlərinə görə partlayış dalğasının gücündən 3 km radiusda olan binaların şüşələri yararsız vəziyyətə düşüb.
Partlayışın səbəbləri hələ ki, məlum deyil, araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here