Moldova Rusiya ilə əməkdaşlığı artırmaq istəyir

0
17

Moldova Rusiya ilə ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bu barədə Moldova prezidenti İqor Dodon Rusiya Federasiyasının Baş naziri müavini, Moldova ilə ticarət və iqtisadi əlaqələrinin inkişafı üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Dmitri Kozak ilə görüşündən sonra məlumat verdi.
Moldova prezidenti İqor Dodon açıqlamasında, “Moldova-Rusiya münasibətləri, o cümlədən Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi Birliyi çərçivəsinə dair çoxsaylı məsələlər müzakirə edildi.
Bu çərçivədə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini nəzərdən keçirdik və ölkələrimiz arasında ticarətin artımını məmnunluqla qeyd etdik” sözlərini çatdırdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here