Kremldə Putinlə Çin Dövlət başçısının görüçü barədə məlumat verildi

0
18

 

İyunun 5-i Rusiya Prezidenti Vladimir Putin və Çin Dövlət Başçısı Si Tsinpin arasında geniş formatda görüş baş tutacağı bildirilir.
Görüşdə Vladimir Putinlə yanaşı, Rusiya Baş nazirin müavinləri Anton Siluanov, Maksim Akimov, Dmitri Kozak, Tatyana Golikova, nazirlər, o cümlədən bir sıra şirkət rəhbərləri də iştirak edəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verdi.
Uşakovun sözlərinə görə Dövlət başçıları arasında keçiriləcək görüş zamanı, Venesuala, Suriya məsələsi, Koreya yarımadası ətrafında vəziyyət o cümlədən, İranın nüvə proqramı ilə bağlı razılaşma ətrafında fikir mübadiləsi aparılacaq.
“İranın nüvə proqramı üzrə birgə fəaliyyət planının ətrafında vəziyyət barədə fikir mübadiləsi aparılacaq, Venesuela, Suriya və Koreya yarımadası ətrafında vəziyyət müzakirə olunacaq” – prezident köməkçisi qeyd etdi.
Qeyd edək ki, Çin Dövlət başçısı Si Tsinpin İyunun 5-i Rusiyaya rəsmi səfər edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here