AİK naziri Aİİ əməkdaşlıq inkişafının problemlərindən danışdı

0
92

Avrasiya İqtisadi Komissiyasının sənaye və aqro-sənaye kollegiyasınının üzvü, nazir Aleksandr Subbotin Avrasiya İqtisadi İttifaqı ölkələrinin əməkdaşlıq potensialının inkişafı problemlərindən danışıb.
Onların arasında informasiya baryeri, ümumi biznes fikirlərinin və İttifaqın müəssisələrində müasir texnologiyaların olmaması əsas amil kimi göstərilir.
Bu barədə Aleksandr Subbotin RiA Novosti-yə müsahibə zamanı məlumat verdi.
“Əsas problem, informasiya baryeridir. Belə ki, sənaye müəssisələri, habelə elmi və texniki təşkilatlar, mühəndislik və ticarət şirkətləri qonşu ölkələrin, biznes tərəfdaşlarının bazarına yaxşı bələd deyillər” – Subotin kooperasiya inkişafının problemləri ilə bağlı sualı cavablandırarkən bildirdi.
Onun sözlərinə görə, ikinci problem iqtisadiyyatın müəyyən sektorlarında dünya ticarətinə təsir və ixracatda birgə əməkdaşlıq üçün ümumi biznes ideyalarının olmamasıdır.
Subbotin bildirdi ki, üçüncü problem Avrasiya İqtisadi İttifaqı çərçivəsində sənaye əməkdaşlığı ilə bağlı ticarət əməkdaşlığı inkişaf etdirmək zərurətidir.
Dördüncü problem Aİİ çərçivəsində xidmət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, o cümlədən sənaye əməkdaşlığı ilə bağlı xidmətlərin ixracının inkişaf etdirilməsidir.
Yekun olaraq Avrasiya İqtisadi Komissiyasını üzvü Aleksandr Subbotin qeyd etdi ki, beşinci problem İttifaq müəssisələrində müasir texnologiyaların olmamasıdır.