Ryabkov amerikalı həmkarı ilə görüş zamanı silahların nəzarəti məsələsini müzakirə etməyəcək

0
87

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerikalı həmkarı David Heyl ilə Helsinkidə keçiriləcək görüş zamanı silahların nəzarəti məsələsini müzakirə etməyəcəyini bildiri. Ryabkov bunu TASS informasiya agentliyinə müsahibəsi zamanı dedi.
“Silahların idarə olunması məsələsini həll etməyəcəyik, bunun üçün ayrıca format mövcuddur. Orada ikitərəfli münasibətlər və regional vəziyyət məsələləri nəzərdən keçiriləcək” – Rusiya Federasiyasının xarici işlər nazirinin müavini qeyd etdi.
Qeyd edək ki, Sergey Ryabkov çərşənbə günü Finlandiyanın paytaxtı Helsinki şəhərində amerikalı həmkarı Devid Heyl ilə bir araya gələcək.