Sergey Lavrov Almaniyalı həmkarı ilə görüşəcək

0
7

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İyulun 18-i Almaniyaya səfər edəcək.
Səfər çərçivəsində Lavrov Bonn şəhərində Almaniyanın Xarici İşlər Naziri Hayko Maasla görüşəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsin Mariya Zaxarova məlumat verdi.

“Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 18-də işgüzar Almaniyada səfərdə olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və Almaniyanın xarici işlər üzrə federal naziri arasında danışıqlar aparılacağı planlaşdırılır” –Zaxarova brifinqdə qeyd etdi.
Onun sözlərinə görə, bu əlaqələr zamanı ikitərəfli siyasi dialoqun vəziyyəti və perspektivləri, iki ölkə arasında ticarət, iqtisadi, elmi, təhsil və mədəni-humanitar sahələrdə, habelə vətəndaş cəmiyyətləri, regionlararası və parlamentlərarası münasibətlər sahəsində praktiki əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here