Yuri Şatunov əməliyyat olunacaq

0
114

“Laskovıy may” qrupunun solisti Yuri Şatunov gələn həftə bir dəfə də əməliyyat olunacaq, Bu barədə məlumat verən qrupun produseri Andrey Razin, Şatunovun hələ də xəstəxanada olduğunu bildirib.
“Yura gələn həftənin sonuna qədər, xəstəxanada qalacaq. Vəziyyət stabildir. Həkimlər mayenin beyinə daxil olacağından qorxurdular, lakin bu baş vermədi, şişkinlik azalır. Ancaq Şatunov uzun müddətdir ki antibiotiklər qəbul edib. Gələn həftə o bir dəfə də əməliyyat olacaq” – “Laskovıy may” qrupunun produseri Andrey Razin qeyd etdi.