ABŞ və Böyük Britaniyanın xüsusi xidmətləri Putinin ətrafı barədə fake məlumatlar hazırlayır

0
6

ABŞ və Britaniya kəşfiyyat xidmətləri Rusiya əleyhinə yeni sanksiyalara haqq qazandırmaq üçün, Rusiya prezidenti Vladimir Putinin ətrafına dair yanlış məlumatlar hazırlayırlar.
Bu barədə Ria Novostiyə hərbi diplomatik mənbə məlumat verdi.
“Hazırda Rusiya Federasiyasının prezidentinin daxili dairəsindən, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyindən olan şəxsləri təhqir etmək üçün təşkil olunan anti-Rusiya kampaniyasının fəal mərhələsi müşahidə olunur. ABŞ və Britaniya xüsusi xidmət orqanlarının mütəxəssisləri, Rusiyanın rəhbərliyi haqqında saxta məlumatlar hazırlayır.” – Ria Novostiyə verilən məlumatda deyilir.
Bundan əlavə, onun sözlərinə görə, anti-rusiya kampaniyanın yeni mərhələsində, Rusiyada Amerika hakimiyyəti tərəfindən açıq şəkildə maliyyələşdirilən nəşrlər, o cümlədən “Radio Svoboda” və “Nastoyaşeye vremya” agentlikləri fəaliyyət göstərir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here