Moskvada elektrostansiya yanğından sonra fəaliyyətini bərpa etdi

0
107

Moskvanın Mətişi rayonunda yerləşən istilik elektrostansiyası qaz təchizatı boru kəmərində yanğından sonra elektrik enerjisinin istehsalını bərpa etdi.
Bu barədə “Mosenerqo” şirkətinin mətbuat xidmətindən məlumat verildi.
“Baş vermiş dəhşətli yanğından sonra Elektrastansiya öz fəaliyyətini bərpa etdi” – “Mosenerqo” şirkətinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Moskvanın Mıtişı rayonunda yerləşən istilik elektrostansiyasında hündür yü 50 metrə çatan güclü yanğın baş verib. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.