Nijqorod vilayətində güclü yanğın baş verdi

0
98

Rusiyanın Nijqorod vilayətində yerləşən Dzerjinsk vilayətində güclü yanğın baş verib. Yanan ərazi isə kağız məmulatları anqarı olub. Bu barədə Fövqaladə Hallar Nazirliyinin Nijqorod vilayəti üzrə baş idarəsi məlumat verdi.
Hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilir. Nazirliydən verilən məlumata əsasən yanğın 2,4min kvadratmetri əhatə edib.
Əraziyə səkkiz yanğınsöndürən texnika və 27 canlı qüvvə cəlb edildikdən sonra, yanğınsöndürənlər alovun qarşısını almaqda müvəffəq olublar.