Almaniya xarici işlər naziri Rusiya ilə dialoqa ehtiyac duyduğunu bildirdi

0
122

Avropada davamlı sülh yalnız Rusiya ilə əməkdaşlıq etməklə mümkündür, Moskva ilə dialoq yaratmaq mütləqdir.
Bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.
“İndi bir çox məsələdə əsaslı fərqli fikirlərə sahib olmağımıza baxmayaraq, Rusiya ilə dialoq hələ vacibdir. Moskva olmadan dünya siyasətinin vacib suallarına cavab verə bilməyəcəyik. Avropada uzunmüddətli sülh yalnız Rusiya ilə əməkdaşlıq edəndən sonra mümkün olacaq”- Maas qeyd etdi.
Nazir əlavə edib ki, rusiyalı həmkarı Sergey Lavrovla görüşdə İran ilə nüvə müqaviləsinin qorunması, silahların idarə olunmasının gələcəyi və Şərqi Ukraynadakı vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, iyulun 18-i Rusiya və Almaniyə xarici işlər nazirləri Almaniyada görüşəcək.