Peterburqda ev yandı: 3 nəfər öldü

0
33

Sankt-Peterburqun Krasnogvardeyski rayonunda bir mərtəbəli taxta evdə baş vermiş yanğın nəticəsində iki yaşlı qadın və bir yaşlı kişi dünyasını dəyişib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
“İyulun 18-i Moskva vaxtı ilə 05:08-də bir mərtəbli yaşayış evində baş vermiş yanğın barədə məlumat daxil oldu. Hadisə nəticəsində ikisi qadın, biri kişi olmaqla 3 yaşlı sakin dünyasını dəyişib” – Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidməti bildirdi.
Qeyd edək ki, hadisə yerinə 5 yanğınsöndürən texnika və 20 canlı qüvvə cəlb edilib.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.