Moskva turistlər tərəfindən ən çox ziyarət edilən paytaxtlar siyahısına daxil oldu

0
59

Moskva ən yüksək kateqoriyalı otellərin mövcudluğu baxımından Avropa paytaxtları arasında yeddinci yeri tutur və bu göstərici üzrə dünya reytinqinin ilk iyirmiliyinə daxil olub.
Beynəlxalq xidmət mütəxəssisləri istifadəçilərin otelləri ilə bağlı sorğuları təhlil edərək səyahət üçün ən populyar istiqamətləri müəyyənləşdiriblər.
Turistlər arasında ən çox marağa səbəb olan dünya paytaxtlarının siyahısında Moskva Avropanın ən çox axtarılan şəhərləri arasında 31-ci və 19-cu yerlərdə qərarlaşıb. İlk üçlükdə – London, Paris və Amsterdam yer tutub.
Eyni zamanda, Moskva otelində bir gecənin orta qiyməti 5000 rubl təşkil edir ki, bu da şəhərə turistlər üçün dünyanın ən əlverişli paytaxtlarının siyahısının tam ortasında qəraelaşmağa imkan verir.
Qonaqların qalması üçün ən bahalı otellər Monakonun paytaxtı, Baham adaları və Seyşel adaları, İsrail və Mavritaniya adası oldu.
Turistlər orada bir gecə qalmaları üçün 13.900 ilə 26.800 rubla qədər pul ödəməlidir.