Moskvaya gedən rusiya təyyarəsi Oslo hava limanına geri qayıdıb

0
40

Oslo – Moskva marşrutu ilə uçan SU2175 reysli təyyarə, texniki nasazlıq səbəbindən Norveçin Hava limanına geri döndü.
Bu barədə “Aeroflot” şirkətinin mətbuat xidmətindən məlumat verildi.
“Oslo – Moskva reysi ilə uçan təyyarə, texniki səbəbdən hava limanına geri döndü. Oslo hava limanına eniş normal həyata keçirildi. Sərnişinlər Federal Aviasiya Qaydalarına və Aeroflot standartlarına uyğun olaraq lazım olan hər şeylə təmin olunub.” – “Aeroflot” şirkətinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə, Norveç hava limanlarının dövlət operatoru “Avinor”-un mətbuat xidmətindən verilən məlumata görə, Rusiya təyyarəsi, yola çıxdıqdan sonra Osloya qayıtmaq məcburiyyətində qaldığı bildirildi.