Putin Kabardino-Balkariyadakı inkişaf meyllərini yüksək qiymətləndirdi

0
35

Rusiya Prezidenti Vladimir Putin Kabardino-Balkariya Respublikası rəhbərinin səlahiyyətlərini icra edən Kazbek Kokov ilə görüşdü.
Bölgədəki mövcud sosial-iqtisadi vəziyyəti müzakirə edən Putin, respublikadakı meylləri müsbət olaraq qiymətləndirdi.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Ümumiyyətlə, tendensiyalar pis deyil, hətta deyərdim müsbətdir, buna görə də sizə uğurlar arzulayıram. Əsas odur ki, federal nazirliklər və idarələrlə yaxşı iş əlaqəniz olsun, maliyyələşmə vaxtında aparılsın” – Putin qey etdi.
Xüsusilə Kabardino-Balkariya rəhbərinin səlahiyyətlərini icra edən Kokov, 2019-cu ilin ilk yarısında iqtisadiyyatın əsas sahələrində artım meyllərinə nail ola bildiyini söylədi.
Onun sözlərinə görə, tikinti sənayesində də artım tendensiyası müşahidə olunur.