Rusiya və Suriya BMT-nin mülki şəxslərin Rukbandan çıxarılması planını dəstəklədi

0
150

Rusiya və Suriya tərəfləri BMT əməliyyat planını dəstəkləyir. Plana əsasən Suriya vətəndaşları təxminən bir aya Rukban düşərgəsini tərk edəcəklər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev söyləyib.
Mərkəz rəhbərinin sözlərinə görə, hazırda qaçqınların təxliyəsi ilə bağlı detallar razılaşdırılır. “Planın icrası qısa müddətdə başlayacaq və beş gündə qalan mülki şəxslərin düşərgəsindən çıxarılmasına imkan veriləcək.”
Mizintsev, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının insanların Rukbandan evakuasiya işində fəal iştirak etdiyi səylərini müsbət qeyd etdi.