Rusiya Luqanska humanitar yardım göndərdi

0
164

Rusiya Fövqəladə hallar Nazirliyinin gömdərdiyi Humanitar yardım kolonu özünü müstəqil elan etmiş Luqansk Xalq Respublikasına gəldi.
Bu barədə Luqansk Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
Nazirlikdən verilən məlumata görə, doqquz nəqliyyat vasitəsi ilə Luqanska 107,5 ton tibbi avadanlıq və preparat gətirildi.
Qeyd edək ki, Donbass sakinlərinə humanitar yardım 2014-cü ilin avqustundan etibarən çatdırılır.
Bu zamana qədər Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin 80-dən çox yük avtomobili Ukraynanın cənub-şərqindəki əraziyə 80 min tona yaxın humanitar yardım göndərib.