İsveç səfiri Rusiyanın INF müqaviləsini necə pozduğunu izah edə bilmədi

0
102

İsveçin Moskvadakı səfiri Peter Erikson RİA Novosti-yə verdiyi müsahibədə, İsveç tərəfinin 9M729 raketinin xüsusiyyətləri ilə bağlı Rusiyanın dəlillərindən məmnun olmadığını bildirdi, lakin, Orta və Yaxın mənzilli raketlərin ləğvi haqqında müqaviləni necə pozduğunu izah edə bilmədi.
“Rusiyanın bu müqaviləni yerinə yetirməsi ilə bağlı müəyyən şübhələr var. Suallar doğuran bir raket var – 9M729. Buna görə, bizə elə gəlir ki, Rusiya bu raketin müqaviləni pozmadığını sübut etməlidir” – İsveçin Rusiyadaki səfiri Peter Erikson qeyd etdi.
Erikson, Stokholmun Rusiya Müdafiə Nazirliyinin 9M729 raketi ilə bağlı verdiyi sübutlarla razı olmadığını, ancaq bunun səbəbini izah edə bilmədiyini söylədi.