Finlandiya Rusiyadan üzr istədi

0
134

 

Finlandiyaya məxsus patrul xidmətində olan Hämeenmaa adlı hərbi gəmi Rusiyanın dəniz sularına təxminən 600 metr daxil oldu. Hərbi Dəniz Qüvvələri bu barədə , Rusiyaya xəbər verdi və baş verənlərdən təəssüfləndiyini bildirdi.
Bu barədə Finlandiya hərbi dəniz qüvvələrinin mətbuat xidmətindən məlumat verildi.
“Səhvini görən gəmi dərhal beynəlxalq sulara geri qayıtdı və bu barədə komandanlığı məlumatlandırdı. Finlandiya donanması bu məsələ ilə əlaqədar araştırma başlatdı. Finlandiya hakimiyyəti Rusiya ilə əlaqə saxlayaraq , gəminin səhvinə görə üzr istəyib” – Finlandiya hərbi dəniz qüvvələrinin mətbuat xidmətindən verilən məlumatda deyilir.