Yunanıstanın Rusiyadakı səfiri Katerina Nasika olacaq

0
190

Yunanıstanın hökumət dairələrindən verilən məlumata görə Yunanıstanın Rusiyadakı yeni səfiri Katerina Nasika olacaq.
Təyinat barədə qərar xarici siyasət və müdafiə məsələləri üzrə hökumət şurasının iclasında qəbul edildi.
Nasika, Kanadada IKAO Beynəlxalq Mülki Aviasiya Təşkilatında Yunanıstanın nümayəndəsi olub.
Hazırda Yunanıstanın Moskvadakı səfiri Tasia Afanasiudır. Afanasiu iyulun əvvəlində etimadnaməsini Rusiya Prezidentinə təhvil verib.
Qeyd edək ki, Yunanıstanın yeni hökuməti bir sıra ölkədəki səfirlərini dəyişdirir.