İran prezidenti Rusiya və Azərbaycan liderləri ilə görüşəcək

0
51

İran prezidenti Həsən Ruhani Soçidə keçiriləcək Rusiya-İran-Azərbaycan zirvə toplantısında iki ölkənin liderləri ilə ayrıca görüşlər keçirəcək.
Bu baradə İran prezidenti administrasiyası mətbuat mərkəzinin nümayəndəsi Pərviz Esmaili məlumat verdi.
“Soçidə keçiriləcək sammit çərçivəsində Rusiya və Azərbaycan prezidentləri ilə fərdi görüşlər keçiriləcək. Bu görüşlərdə ikitərəfli münasibətlərin ən vacib məsələləri müzakirə ediləcək” – İran prezidenti administrasiyası mətbuat mərkəzinin nümayəndəsi Pərviz Esmaili vurğuladı.
Qeyd edək ki, Avqustun 14-də Soçidə Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü planlaşdırılır. Liderlərin əvvəlki iclası 2018-ci ilin avqustunda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalandığı “Xəzər beşliyi” sammiti çərçivəsində keçirilib.