Ukrayna XİN Putinin Krıma getməsinə etiraz etdi

0
34

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Krıma səfərinə etirazını bildirib.
“Ukrayna Xarici İşlər Nazirliyi, 10 Avqust 2019-cu ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinə – Krım Muxtar Respublikasına və Sevastopol şəhərinə növbəti səfəri ilə əlaqədar ciddi etirazını bildirir” – Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir.
Ukrayna Xarici İşlər Nazirliyin bildiryinə görə, Rusiya prezidentinin Krıma səfəri “Ukrayna tərəfinin dövlət suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozulması deməkdir”.
Qeyd edək ki, Vladimir Putin Sevostopolda “Gecə Qurdları” motosiklet klubunun təşkil etdiyi beynəlxalq moto şousunda iştirak. O, tədbirə Krımın başçısı Sergey Aksenov və Sevastopol qubernatoru vəzifəsini icra edən Mixail Razvojaevlə birlikdə “Ural” motosikletində gəldi.