Moskva Qırğızıstanda sabitliyin davam edəcəyinə ümid edir

0
1553

Qırğızıstanda tam sabitləşmə barədə danışmaq hələ tezdir, lakin Rusiya ümid edir ki, bu istiqamətdə yaranan meyl davam edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Qırğızıstandakı daxili sabitlik xalqının, eyni zamanda bütövlükdə qonşu dövlətlərin maraqları çərçivəsindədir. Əlbəttə ki, tam sabitləşmə barədə danışmaq hələ tezdir. Ümid etmək istərdim ki, sabitləşməyə doğru yaranan tendensiya davam edəcək.” – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı qeyd etdi.